“Boston” “Filadelfiya”ya rəqib oldu

“Boston” “Filadelfiya”ya rəqib oldu

NBA-da pley-offun ikinci mərhələsinin daha bir cütü dəqiqləşib. Şərq konfransının yarımfinalında “Boston” və “Filadelfiya” üz-üzə gələcək.

“Seltiks” “Atlanta”nı 6-cl matçdakı qələbə ilə üstələyib. Bostonlular seriyanı 4:2 hesabı ilə bitirib.

“Filadelfiya” isə “Bruklin” üzərində 4 qələbəni sıralayıb. “Boston” müntəzəm çempionatda konfransın 2-cisi, “Filadelfiya” isə 3-cüsü olub. Komandaların ilk dueli “Seltiks”in meydanında baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ” finalda

Növbəti yazı

Keyndən rekord