Boatenqə 1,8 milyonluq cərimə

Boatenqə 1,8 milyonluq cərimə


Almaniya millisinin və Fransa “Lion”unun futbolçusu Jerom Boatenqin məhkəməsi olub. 33 yaşlı müdafiəçi keçmiş sevgilisi Şerin Senleri döyməkdə ittiham olunub.
Münhendə baş tutan məhkəmədə Almaniya yığmasının üzvünün 2018-ci ildə Senleri döydüyü, bədəninə müxtəlif formalarda xəsarət yetirdiyi təsdiqlənib. Qərara görə, Boatenq qəsdən yaralama və təhqiramiz ifadələrə görə, 1,8 milyon avro məbləğində cərimələnib.
Xatırladaq ki, Boatenqin əvvəlki sevgilisi Kasia Lenhardt isə bu ilin fevralında evində ölüb.

ETOPAZ

Əvvəlki yazı

Messi: “Matçdan sonra həddən artıq şokda idim”

Növbəti yazı

Hiddink karyerasını bitirdi