Beyl oynamayacaq

Beyl oynamayacaq

“Real” La Liqanın bu gün keçiriləcək 34-cü turunun “Espanyol”la qarşılaşmasına itki ilə çıxacaq. Komandanın yarımmüdafiəçisi Qaret Beyl bu matçı buraxacaq.

Uelsli futbolçu məşqlərdə iştirak edib. Lakin protokol yazılmamışdan öncə belində ağrılar olduğunu açıqlayıb. Bu, məşqçilər korpusu üçün sürpriz olub.

Baş məşqçi Karlo Ançelotti əsas komandanı Çempionlar Liqasının “Mançester Siti” ilə cavab oyununa saxladığından, bu gün Beylə şans verəcəkdi.

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm La Liqada 5 oyuna çıxıb, 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”dan Qnabriyə son təklif

Növbəti yazı

“Barselona”da iki itki