Benzema Ronaldonu keçdi

Benzema Ronaldonu keçdi

“Real”ın futbolçusu Kərim Benzema 2021-ci ildə vurulan qol sayında Kriştiano Ronaldonu keçib. 34 yaşlı hücumçu “Atletik”lə səfər oyununda (2:1) iki dəfə fərqlənib. La Liqanın XXI tur oyununda dubla imza atan fransalı forvard 2021-ci ildəki qol sayını 47-yə çatdırıb. İngiltərə “Mançester Yunayted”ində çıxış edən Ronaldo 46 qol vurub.

Bu göstəricidə ilin ən yaxşısı Robert Levandovskidir – 69 qol. Kilian Mbappe 51, Erlinq Haland 49 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Tarixin ikincisi

Növbəti yazı

Serxio Ramosdan 27-ci qırmızı vərəqə