Benzema rekord vurdu, Messi təkrarladı

Benzema rekord vurdu, Messi təkrarladı

Çempionlar Liqasının qrup mərhələsinin II turunun ilk günü rekordla əlamətdar olub. “Real”ın fransalı hücumçusu Kərim Benzema “Şerif”lə qarşılaşmada (1:2) rəqib qapısına yol tapıb.

Bununla da forvard Çempionlar Liqasında ardıcıl 17-ci mövsümdə qol vurub. Kərimin bu seriyası 2005/06 mövsümündə başlayıb.

PSJ-nin argentinalı hücumçusu Lionel Messinin bu rekordu təkrarlaması üçün dəqiqələr kifayət edib. Cənubi amerikalı “Mançester Siti” ilə görüşdə (2:0) fərqlənib.

O, Çempionlar Liqasında ilk qolunu 2005/06 mövsümündə rəqib qapısından keçirib. Messi həm də PSJ-də ilk qolunu vurub. Argentinalı yeni klubunda qol hesabını 4-cü oyununda açıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 29.09.2021

Növbəti yazı

Ardıcıl 4-cü məğlubiyyət