Benzema 3-cü pilləyə yüksəldi

Benzema 3-cü pilləyə yüksəldi

“Real” La Liqanın “Sevilya” ilə oyununda 3:2 hesabı ilə qalib gəlib. Madrid klubunun qələbə qoluna Kərim Benzema imza atıb.

Bu, fransalının “Real” forması ilə vurduğu 217-ci qol olub. Kərim bu göstəricidə 216 dəfə fərqlənən əfsanəvi Alfredo di Stefanonu arxada qoyub.

Təcrübəli forvard klub tarixinin üçüncü bombardiri adını qazanıb. Yalnız Kriştiano Ronaldo (311) və Raul (228) daha çox fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

İbrahimoviç karyerasını bitirə bilər

Növbəti yazı

PSV 10 ildən sonra kubokun sahibi oldu