“Bavariya”nın müdafiəçi planı

“Bavariya”nın müdafiəçi planı

“Çelsi”nin futbolçusu Andreas Kristensen karyerasını Almaniyada davam etdirə bilər. Müdafiəçinin xidmətində “Bavariya” maraqlıdır.

Niklas Züle müqaviləni uzatmayacağından münhenlilər arxa xərtti gücləndirmək üçün müdafiəçi axtarır. Klub rəhbərliyi yayda “Bavariya”nı tərk edəcək ulduzunun əvəzinə danimarkalını heyətə qatmağı planlaşdırır.

25 yaşlı arxa xətt oyunçusunun İngiltərə klubu ilə müqaviləsi də yayda başa çatır. Londonlularla anlaşmanı yeniləmək istəməyən Kristensen Bundesliqa təmsilçisinə azad agent kimi keçə bilər. Müdafiəçi cari mövsüm “Çelsi”də keçirdiyi 21 matçda 2 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Hocson Premyer Liqaya qayıdır

Növbəti yazı

Fatidən imtina