“Bavariya”dan qol rekordu

“Bavariya”dan qol rekordu

“Bavariya” Bundesliqa rekordunu yeniləyib. Münhen təmsilçisi bunu “Köln”ü 4:0 hesabı ilə darmadağın etdiyi XIX tur matçında rəsmiləşdirib.

Yulian Naqelsmanın baş məşqçi olduğu komanda ardıcıl 66 çempionat oyununda qol vurmağa nail olub. 2012-14-cü illərdə ardıcıl 65 qarşılaşmada qol vuran “Bavariya” 8 il əvvəlki rekordunu arxada qoyub.

Qeyd edək ki, 2020-ci ilin fevralında başlayan seriya müddətində münhenlilər 202 qola seviniblər.

ETOPAZ

Əvvəlki yazı

Barti üçün iki təhlükə: Sobolenko və Kreyçikova

Növbəti yazı

Cokoviç “Australian Open”də iştirak etməyəcək