“Bavariya” Kolo Muani ilə danışıqlara başladı

“Bavariya” Kolo Muani ilə danışıqlara başladı

“Bavariya” yay transfer pəncərəsində Rendal Kolo Muanini heyətinə qatmağa qərar verib. Münhen klubu 24 yaşlı hücumçunun nümayəndələri ilə danışıqlara başlayıb.

“Ayntraxt”da çıxış edən forvard digər klubların da hədəfindədir. Fransalını “Mançester Yunayted” də almaq istəyir.

Kolo Muani cari mövsümdə 40 oyun keçirib. O, 20 qol və 14 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

300-cü qələbə

Növbəti yazı

“Finiks”də itki