“Barselona”nın məğlubiyyətsizlik seriyası

“Barselona”nın məğlubiyyətsizlik seriyası

“Barselona” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir. Xavinin komandası artıq 3 aydır məğlub olmur.

Kataloniya klubu La Liqanın 28-ci turunda “Osasuna”ya 4:0 hesabı ilə qalib gəlib. Bu qələbə ölkə çempionatında 12-ci məğlubiyyətsiz matçdır.

“Barselona” bu matçların 8-də qələbə qazanıb, 4 dəfə heç-heçə edib. Komanda sonuncu dəfə ötən il dekabrın 4-də “Betis”ə səfər uduzub – 0:1.

Qeyd edək ki, hazırda 51 xal olan “Barselona” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya” Qavini istəyir

Növbəti yazı

Rublevdən 200-cü qələbə