“Barselona”nın iki futbolçusu “Arsenal” yolunda

“Barselona”nın iki futbolçusu “Arsenal” yolunda

“Barselona”nın futbolçuları Memfis Depay və Samuel Umtiti karyeralarını Premyer Liqada davam etdirə bilərlər. Onların xidmətində “Arsenal” maraqlıdır.

Klub iki futbolçu üçün 25 milyon avro ödəməyə hazırdır. “Topçular” niderlandlı hücumçunu yayda klubu tərk edəcək olan Aleksandr Lakazett və Edvard Nketyanın əvəzedicisi kimi almaq istəyir.

Daha əvvəl məlum olmuşdu ki, İspaniya təmsilçisi vəsait toplamaq üçün 28 yaşlı futbolçunu satmağa hazırdır. Depayın hazırkı müqaviləsi gələn mövsümün sonunda başa çatır.

Xatırladaq ki, Depay 2021-ci ilin yayında azad agent kimi “Barselona”ya keçib. Hücumçu bu mövsüm çempionatda 27 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz Kupon – 22.05.2022

Növbəti yazı

Liqa 1-də mövsümün “Top-5″i, siyahıda Messi yoxdur