“Barselona”nın futbolçusu mövsümü bitirdi

“Barselona”nın futbolçusu mövsümü bitirdi

“Barselona”nın futbolçusu Aleks Baldenin zədədən sonrakı durumuna aydınlıq gəlib. Müdafiəçi əməliyyat olunacaq.

Baldenin cərrahi müdaxiləsi Finlandiyada gerçəkləşəcək. O, mövsümün qalan hissəsini buraxacaq. 20 yaşlı futbolçu İspaniya kubokunun “Atletik”lə 1/4 final görüşündə (4:2) zədələnib.

Qeyd edək ki, Aleks mövsümün 18 matçında 1 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan əzmkar qələbə

Növbəti yazı

“Sabah”dan səfər qələbəsi