“Barselona”da itki: Fati zədələndi

“Barselona”da itki: Fati zədələndi

İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib. La Liqa təmsilçisinin futbolçusu Ansu Fati zədələnib.

O, XII turun “Selta” ilə səfər matçında xəsarət alıb. Sol ayağının əzələsini zədələyən 19 yaşlı hücumçu qarşılaşmanı davam etdirə bilməyib. O, ən azı bir ay meydanlardan kənar qalmaq təhlükəsi ilə üzləşib.

Xatırladaq ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

NBA tarixində 10-cu

Növbəti yazı

Donçiçdən 3-cü qələbə topu