“Barselona”da iki itki

“Barselona”da iki itki

İspaniyanın “Barselona” klubunun iki futbolçusu zədələnib. Bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Hücumçu Usman Dembele və müdafiəçi Serjinyo Dest çempionatın XIII turunun “Selta” ilə görüşünü buraxacaq. Usmanın 3-4 həftə kənarda qalacağı ehtimal olunur.

Xatırladaq ki, iyunda əməliyyat olunan Dembele bərpa prosesindən sonra Kiyev “Dinamo”su ilə Çempionlar Liqasının görüşündə meydana qayıtsa da, yenidən zədələnib.

ETOPAZ

Əvvəlki yazı

Levandovski ən yaxşı seçildi

Növbəti yazı

Monfis “Masters”lə vidalaşdı