“Barselona” sentyabrdan sonra ilk dəfə

“Barselona” sentyabrdan sonra ilk dəfə

“Barselona” ardıcıl üçüncü qələbəsini qazanıb. Xavinin yetirmələri İspaniya kubokunda “Barbastro”ya qalib gəlib – 3:2.

Komanda buna qədər La Liqada “Las Palmas” (2:1) və “Almeriya”nı (3:2) məğlub edib. Kataloniyalılar sentyabrdan bəri ilk dəfə ardıcıl 3 qələbə qazanıb.

Qeyd edək ki, “Barselona”nın növbəti oyunu yanvarın 11-də İspaniya Superkubokunda “Osasuna”ya qarşı olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Real”dan Mbappeyə 26 milyon avro

Növbəti yazı

“Mançester Siti” Kimmix uğrunda mübarizəyə qoşuldu