Azara Premyer Liqadan təklif

Azara Premyer Liqadan təklif

Dortmund “Borussiya”sının futbolçusu Torqan Azar yeni təklif alıb. O, karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Belçikalı yarımmüdafiəçi “Nyukasl”ın transfer siyahısındadır. Premyer Liqa təmsilçisi 29 yaşlı futbolçu üçün təklif göndərməyi planlaşdırır. Onun keçidi üçün 15 milyon avro veriləcəyi gözlənilir.

Qeyd edək ki, Torqan 2019-cu ildə Mönhenqladbax “Borussiya”sından Dortmund klubuna keçib.

ETOPAZ

Əvvəlki yazı

Kroosla müqavilə imzalanmadı

Növbəti yazı

“Nyukasl” Poupu istəyir