Azərbaycanın mövqeyi dəyişmədi

Azərbaycanın mövqeyi dəyişmədi

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Buna avrokubokların pley-off mərhələsinin cavab oyunlarının ikinci gününün nəticələri səbəb olub.

Çempionlar Liqası və Avropa Liqasında baş tutan matçlardan sonra bəzi ölkələrin xal hesabı və mövqeyi dəyişib. Serbiya və Slovakiya irəliləyişə nail olub. 

“Qarabağ” evdə Zaqreb “Dinamo”suna 0:2 hesabı ilə uduzduğu üçün Azərbaycanın xal hesabı dəyişməz qalıb. Ölkəmizin siyahıda tutduğu yer dəyişməyib. Hesabında 18,875 xal olan Azərbaycan Avropada 26-cı pillədədir.

Cari mövsümün qazancı 2,125-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,303 xal.

ETOPAZ

Əvvəlki yazı

Millimizin heyətinin açıqlanacağı tarix bəlli oldu

Növbəti yazı

“Kəpəz”də ayrılıq