Azərbaycan yığmasının “23-lüy”ü

Azərbaycan yığmasının “23-lüy”ü

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti müəyyənləşib. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

AVRO-2025-in seçmə mərhələsində Serbiya ilə keçiriləcək ilk oyuna 23 futbolçu dəvət alıb. Baş məşqçi Samir Əliyev U-21-in düşərgəsinə ölkə xaricində legioner həyatı yaşayan 5 oyunçu çağırıb:

Rza Cəfərov, Hüseyn Babayev, Fərid Yusifli (hamısı “Neftçi”), Rüstəm Samiqullin, Seymur Məmmədov, Camal Cəfərov, Elçin Qasımov (hamısı “Sabah”), Rüfət Əhmədov (“Kəpəz”), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi “Araz-Naxçıvan”), Süleyman Damadayev, Samir Məhərrəmli (hər ikisi “Şamaxı”), Ayxan Süleymanlı (“Sumqayıt”), Nazim Həsənzadə (“Zirə”), Veysəl Rzayev (“Turan Tovuz”), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (hər ikisi “Səbail”), Mehrac Baxşalı (“Qəbələ”), Eldar Tağızadə (“CD Luqo”, İspaniya), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Ramin Nəsirli (“Dauqavplis”, Latviya), Murad Vəliyev (“Levadiya”, Estoniya), Mustafa Yıldırım (“İğdırspor”, Türkiyə).

Qeyd edək ki, sentyabrın 12-də Stara-Pazovada keçiriləcək Serbiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Təbriklər, Türkiyə!

Növbəti yazı

Qavi üçün yubiley