Azərbaycan Slovakiyanı arxada qoydu

Azərbaycan Slovakiyanı arxada qoydu

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Buna avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarının son gününün nəticələri səbəb olub.

Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın da mövqeyinə təsir edib. “Zirə” “Dunayska Streda”nı 4:0, “Sabah” Hayfa “Makkabi”sini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Bu klubların hərəsi ölkəmizə 0,250 xal qazandırıb.

Xal hesabı 17,750-ə yüksələn Azərbaycan Slovakiyanı keçib. 24-cü sıranı ələ keçirən ölkəmiz Rusiyaya yaxınlaşıb. Cari mövsümün qazancı 1,000-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 0,500, “Qarabağ”la “Sabah” 0,250 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.

ETOPAZ

Əvvəlki yazı

“Sabah” səfərdən qələbə ilə dönür

Növbəti yazı

Boksçularımızın rəqibləri bəlli oldu