Azərbaycan yerini möhkəmləndirdi

Azərbaycan yerini möhkəmləndirdi

Avrokubokların II təsnifat mərhələsinə yekun vurulub. Cavab oyunlarının son günündən sonra UEFA reytinqi açıqlanıb.

Azərbaycan klubları ölkəmizin reytinqinə daha 0,500 xal qazandırıb. Bu yarım xala Konfrans Liqasındakı təmsilçilərimiz “Neftçi”nin “Jelezniçar” üzərində 2:0, “Sabah”ın RFŞ-lə matçdakı 2:1 hesablı qələbələri səbəb olub.

Bununla da ölkəmiz xal hesabını 15,750-yə çatdırıb. Azərbaycan bu göstərici ilə Avropada 29-cudur. 

Cari mövsüm toplanan xalların sayı 1,500-ə çatıb. “Qarabağ” 0,625, “Sabah” 0,500, “Neftçi” 0,375 xallıq qazanc gətirib.

ETOPAZ

Əvvəlki yazı

Adrian Mutu: “Hər oyunda 100 faizimizi meydanda verəcəyimizə söz verirəm”

Növbəti yazı

Hoylund ”Mançester Yunayted”də