Avstraliyadakı turnirlərin tarixləri açıqlandı

Avstraliyadakı turnirlərin tarixləri açıqlandı

2022-ci ilin ilk turnirlərinin təqvimi açıqlanıb. Yeni mövsümə komandalararası ATP kuboku ilə start veriləcək. Yarış yanvarın 1-9-da Sidneydə baş tutacaq.

Yanvarın 3-9-da Adelaida və Melburnda ATP-250 turnirləri keçiriləcək. Həmin müddətdə Melburnda WTA-250, Adelaidada WTA-500 turniri təşkil olunacaq.

Yeni ilin ilk ayının 10-15-də Sidneydə ATP-250 və WTA-500, Adelaidada ATP-250 və WTA-250 turnirləri olacaq. Yanvarın 17-30-da isə “Böyük dəbilqə” seriyalı ilk yarış olan “Avstraliya Open” təşkil ediləcək.

ETOPAZ

Əvvəlki yazı

Sadio Maneyə yeni təklif

Növbəti yazı

Enrike və Lopeteqidən imtina