Avstraliya DÇ-2022-də

Avstraliya DÇ-2022-də

DÇ-2022-nin daha bir iştirakçısı müəyyənləşib. Qətərdəki mundiala 31-ci vəsiqə qitələrarası pley-offda sahibini tapıb.

Bu qarşılaşmada Avstraliya və Peru üz-üzə gəlib. Matç dünya çempionatına ev sahibliyi edəcək Asiya ölkəsində təşkil olunub.

Qətərdəki oyunun taleyini penaltilər seriyası həll edib. Belə ki, qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Oyunsonrası “lotereya”da daha dəqiq olan Avstraliya yığması 5:4 hesabı ilə qalib gələrək DÇ-2022-yə yüksəlib.

Qeyd edək ki, Qətərdəki mundial noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”da yeni müqavilə

Növbəti yazı

“Qolden Steyt”dən qələbə