Avstraliya ardıcıl 5-ci dəfə

Avstraliya ardıcıl 5-ci dəfə

Dünya çempionatına 31-ci vəsiqənin sahibi olan Avstraliya mundilalların daimi iştirakçısına çevrilir. Asiya zonasında çıxış edən “yaşıl qitə” təmsilçisi ardıcıl 5-ci dəfə dünya çempionatına qatılacaq.

Avstraliyalıların bu seriyası 2006-cı ildə başlayıb. Onlar 2010, 2014 və 2018-ci ildə də mundiala yüksələ bilib. Əvvəlki yarışlarda yalnız 1974-cü ildə belə uğuru olan komanda son 16 ildə 5-ci, ümumilikdə 6-cl dəfə bu yarışda oynayacaq.

Qeyd edək ki, Avstraliya bu hüquqa qitələrarası pley-offda Perunu məğlubiyyətə uğradaraq (0:0, pen.5:4) nail olub.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi dəqiqləşdi

Növbəti yazı

“Qalatasaray”da məşqçi postuna yeni namizəd