Avropa Liqasında 1/8 final cütləri müəyyənləşdi

Avropa Liqasında 1/8 final cütləri müəyyənləşdi

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. 16 komanda 8 cütlük təşkil edib.

Bu raundda qrup mərhələsinin 8 qalibi və pley-offu adlayan komandalar üz-üzə gələcək. İlk oyunlar martın 9-10-da, cavab görüşləri ayın 17-də baş tutacaq. Qrup qalibləri cavab matçlarına ev sahibliyi edəcək.

Avropa Liqası

1/8 final

“Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya)

“Braqa” (Portuqaliya) – “Monako” (Fransa)

“Porto” (Portuqaliya) – “Lion” (Fransa)

“Atalanta” (İtaliya) – “Bayer” (Almaniya)

“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə)

“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə)

“Leypsiq” (Almaniya) – “Spartak” (Rusiya)

“Betis” (İspaniya) – “Ayntraxt” (Almaniya)

ETOPAZ

Əvvəlki yazı

Medvedev Cokoviçi arxada qoyacaq

Növbəti yazı

“Kavalyers”də daha bir itki