Avropa çempionu Superliqada

Avropa çempionu Superliqada


Portuqaliya millisinin sabiq futbolçusu Brunu Alveş özünə yeni klub tapıb. 39 yaşlı müdafiəçi Yunanıstan Superliqasında oynayacaq. O, “Apollon”la 1 illik müqavilə imzalayıb.
Son klubu İtaliya “Parma”sı olan Alveş 2018-21-ci illərdə bu komandanın formasını geyinib. Müdafiəçi üç ay əvvəl vətənində “Famalikao” ilə müqavilə imzalasa da, bir neçə gün sonra anlaşmaya xitam verilib.
Xatırladaq ki, Brunu Portuqaliya millisi ilə 2016-cı ildə Avropa çempionu olub.

ETOPAZ

Əvvəlki yazı

ATP yekun turnirinə 2-ci vəsiqənin sahibi bəlli oldu

Növbəti yazı

“Kyevo” adını dəyişdi