“ATP Finals”ın qrupları müəyyənləşdi

“ATP Finals”ın qrupları müəyyənləşdi

Kişi tennisçilər arasında ilin yekun turnirinin püşkü atılıb. Turindəki tədbirdə “ATP Finals”ın qruplarının tərkibi müəyyənləşib.

Oyunçular rənglərlə fərqləndirilən qruplara bölünüb. Novak Cokoviç, Stefanos Tsitsipas, Andrey Rublyov və Kasper Ruud yaşıl qrupda mübarizə aparacaq. Qırmızı qrupda isə Daniil Medvedev, Aleksandr Zverev, Matteo Berrettini və Hubert Hurkaç yer alıb.

Qeyd edək ki, turnirin son qalibi Medvedevdir.

ETOPAZ

Əvvəlki yazı

Ağlasığmaz lider

Növbəti yazı

MLS-dən cəlbedici təklif