“Atlanta”nın lideri zədələndi

“Atlanta”nın lideri zədələndi

“Atlanta” itki ilə üzləşib. Komandanın lideri Trey Yanq “Mayami” ilə görüşdə zədələnib.

O, mövsüm öncəsi təşkil olunan qarşılaşmanın 3-cü hissəsində xəsarət alıb. Rəqiblə toqquşan Yanq oyunu davam etdirə bilməyib.

Trey qarşılaşmada 18 dəqiqə keçirib. O, bu matçda 14 xal yığıb.

Xatırladaq ki, bu oyunda “Mayami” 125:99 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

“Vilyarreal”da yeni müqavilə

Növbəti yazı

Mbappe: “Yığmadan getməyə hazıram”