“Aston Villa”nın oyunu təxirə salındı

“Aston Villa”nın oyunu təxirə salındı

İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb. “Aston Villa” və “Bernli” arasında görüş start fitinə 2 saat qalmış təxirə düşüb. Buna Birminhem təmsilçisində koronavirusa yoluxanların aşkarlanması səbəb olub.

Bu son bir həftədə təxirə salınan 10-cu Premyer Liqa matçıdır. Bu günə nəzərdə tutulan 5 oyundan yalnız biri keçiriləcək. Günün yeganə matçı “Arsenal” – “Lids” qarşılaşmasıdır.

ETOPAZ

Əvvəlki yazı

XXI əsrdə 7-ci dəfə

Növbəti yazı

Finalçı “Australian Open”dən kənar qaldı