Arteta “Arsenal”ın gələcək kapitanından danışdı

Arteta “Arsenal”ın gələcək kapitanından danışdı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Martin Odeqard barədə fikirlərini bildirib. İspaniyalı mütəxəssis yarımmüdafiəçinin hamı tərəfindən sevildiyini və gələcəkdə London klubunun kapitanı ola biləcəyini deyib:

“Martində komandanın kapitanı olmaq üçün bütün keyfiyyətlər var. Norveç millisinin baş məşqçisi Stol Solbakkenlə danışdım. O, Odeqard haqqında çox danışır. Hamı onu sevir. Komanda üçün çox önəmlidir. Odeqard gözəl, təvazökar oğlandır. Onun üçün kapitan sarğısını əldə etmək təbiidir və bu baş verəcək”.

Odeqard 2021-ci ildə “Real Madrid”dən “Arsenal”a keçib. 23 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 21 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”in oyunçularına mərmi atəşi

Növbəti yazı

Muqurusa gerilədi