Arrizabalaqaya yeni müştəri

Arrizabalaqaya yeni müştəri

“Çelsi”nin qapıçısı Kepa Arrizabalaqa komandanı tərk edə bilər. “Sevilya”onun xidmətində maraqlıdır.

29 yaşlı qolkiper hazırda icarə əsasında “Real”da çıxış edir. “Çelsi” yayda komandaya geri dönəcək çərçivə qoruyucusuna planlarına daxil olmadığını deyərək, özünə komanda tapmağı məsləhət görüb. Fürsətdən yararlanmağa çalışan Əndəlüs klubu ispaniyalı qolkiperin agenti ilə danışıqlara başlayab. 
İddialara görə, Kepa özü də “Sevilya”da çıxış etməyin əleyhinə deyil.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo üçün ildə 238 milyon

Növbəti yazı

“Qarabağ”ın rəqibi bəlli oldu