Ardıcıl üçüncü məğlubiyyət

Ardıcıl üçüncü məğlubiyyət

PSJ ardıcıl üçüncü məğlubiyyətini alıb. Fransa klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Bavariya”ya uduzub.

Kristof Qaltyenin yetirmələri 0:1 hesablı məğlubiyyətdən əvvəlki iki görüşdə də azarkeşlərini məyus edib. Parislilər ölkə kubokunda “Marsel”ə 1:2, Liqa1-də “Monako”ya 1:3 hesabı ilə yenilib.

PSJ sonuncu dəfə 2020-ci ildə ardıcıl üç dəfə uduzub. Həmin vaxt komandaya Tomas Tuxel başçılıq edirdi.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya” və “Milan”dan qələbə

Növbəti yazı

Konfrans Liqası matçı azarkeşsiz keçiriləcək