Arda Turandan vacib qərar

Arda Turandan vacib qərar

“Qalatasaray”ın yarımmüdafiəçisi Arda Turan karyerasını bitirməyə hazırlaşır. 35 yaşlı pleymeyker yayda futboldan getməyi planlaşdırır.

“Qalatasaray”da baş məşqçi postuna Domenek Torrenin gətirilməsindən sonra əsas komandadan ayrı düşən Türkiyə millisinin sabiq üzvü mövsümün sonuna qədər məşqlərlə kifayətlənməli olacaq. Çalışdırıcı yalnız məcbur qalarsa, onun xidmətinə ehtiyac duyacaq. Arda mövsümün sonunda da karyerasını bitirmək fikrindədir.

Qeyd edək ki, Arda bu mövsüm “Qalatasaray”ın heyətində cəmi 9 matçda iştirak edib.

ETOPAZ

Əvvəlki yazı

Riberi qəzaya düşdü

Növbəti yazı

Premyer Liqadan üç təklif