“Araz-Naxçıvan”dan yeni transfer

“Araz-Naxçıvan”dan yeni transfer

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Bernardo Oliveira Dias (Benny) 2024-2025-ci il mövsümünü “qırmızı-ağlar”ın heyətində keçirəcək. 27 yaşlı portuqaliyalı hücumameyilli yarımmüdafiəçi son olaraq vətənində “Uniao Torreense”nin formasını geyinib. Benny buna qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço, Küzmanoviçlə müqaviləni yeniləyib.

ETOPAZ

Əvvəlki yazı

İlk finalçı bəlli olur

Növbəti yazı

“İnter”də yeni müqavilə