Almaniya və Serbiya Paris-2024-də

Almaniya və Serbiya Paris-2024-də

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək daha iki basketbol yığması müəyyənləşib. Almaniya və Serbiya milliləri Fransa paytaxtında oynamaq hüququ qazanıb.

Avropa təmsilçiləri buna kişilər arasında dünya çempionatında nail olub. Yarımfinala yüksələn avropalılar Olimpiadaya vəsiqə əldə edib.

Bu iki yığmaya qədər ABŞ və Kanada Amerikadan, Cənubi Sudan Afrikadan, Yaponiya Asiyadan, Avstraliya Okeaniyadan eyni hüquqa sahib çıxıb.

Fransanın meydan sahibi kimi qatılacağı yarışın digər iştirakçıları təsnifat turnirlərində bəlli olacaq. 24 komanda hərəsində 6 iştirakçı olmaqla 4 turnirdə qüvvəsini sınayacaq.

ETOPAZ

Əvvəlki yazı

Con Terri Səudiyyə Ərəbistanında

Növbəti yazı

Ən yaxşı adına bütün namizədlər