Almaniya qrupda qaldı

Almaniya qrupda qaldı

Dünya çempionatının 3-cü turunun oyunları keçirilir. İspaniya Yaponiya, Almaniya Kosta Rika ilə qarşılaşıb.

Pireneylilər görüşə fəal başlayıb. 11-ci dəqiqədə Alvaro Morata hesabı açıb. Lakin asiyalılar ikinci hissədə özünə gəlib. 48-ci dəqiqədə Ritsu Doan bərabərlik qolunu vurub. 5 dəqiqə sonra Ao Tanaka komandasına qələbə qazandıran qolun müəllifi olub.

Almaniya isə Kosta Rika ilə matçda bütün gücünü hücuma sərf edib. Komanda hesabı 10-cu dəqiqədə Serj Qnabri ilə açıb. Lakin ikinci yarının startı fərqli ssenari ilə keçib. Yeltsin Teceda 58-ci dəqiqədə bərabərlik qolunu vurub. Bir qədər sonra Xuan Varqas komandasını hesabda önə çıxarıb – 2:1. Avropalılar isə erkən ayılıb. Kay Havertz 73 və 85-ci dəqiqələrdə fərqlənərək dubl müəllifi olub. Oyunda son nöqtəni isə Niklas Fulkruq qoyub – 4:2.

Bununla da, Yaponiya qrup lideri, İspaniya isə 2-cisi kimi pley-offa vəsiqə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Kurtua 100-ə çatdı

Növbəti yazı

1/8 finalın növbəti cütləri müəyyənləşdi