Almaniya millisinin təyyarəsindən məcburi eniş

Almaniya millisinin təyyarəsindən məcburi eniş


DÇ-2022-nin seçmə mərhələsinin İslandiya ilə oyunundan qayıdan Almaniya millisinin təyyarəsi məcburi eniş edib. Reykyavikdən Frankfurta uçan Bundestim Şotlandiyada enməli olub.
Təyyarə İslandiyada havaya qalxarkən heç bir çətinliklə üzləşməyib. Şotlandiyanın Arbrot şəhərinin üzərində olarkən qəza siqnalı verilib. Buna görə də təyyarə planlaşdırılmayan şəkildə Edinburqa enib. “7700” siqnalının verilməsi təyyarənin göyərtəsində qəza vəziyyətinin yaranması ilə bağlıdır.
Xatırladaq ki, Almaniya millisi səfər oyununda 4:0 hesablı səfər qələbəsi qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Nitsa” – “Marsel” oyunu ilə bağlı qərar verildi

Növbəti yazı

Mur 1 illik müqavilə imzaladı