AFFA-nın vitse-prezidentinə növbəti təyinat

AFFA-nın vitse-prezidentinə növbəti təyinat

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb. Bunu qurumun mətbuat xidməti açıqlayıb.

O, Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “ÇFR Kluj” (Rumıniya) – “Pafos” (Kipr) oyununun UEFA nümayəndəsi olacaq. Matç avqustun 22-də Kluj-Napoka şəhərində yerləşən “ÇFR Kluj” stadionunda təşkil olunacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 20.08.2024

Növbəti yazı

I Liqanın təqvimi açıqlandı