Adrian Mutu: “Hər oyunda 100 faizimizi meydanda verəcəyimizə söz verirəm”

Adrian Mutu: “Hər oyunda 100 faizimizi meydanda verəcəyimizə söz verirəm”

“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubunu qəbul edib. Bakı təmsilçisinin 2:0 hesablı qələbəsindən sonra “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutunun mətbuat konfransı keçirilib. Rumıniyalı mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

“Ağır oyun oldu. Hər iki oyuna baxasq, yaxşı oynadıq. Növbəti mərhələyə adlamağa layiq idik. Növbəti mərhələdə qarşılaşacağımız “Beşiktaş” güclü rəqibdir. Maraqlı və gərgin oyunlar olacaq. Amma bu görüşədək çempionatda oyunumuz var. Sabahdan etibarən həmin matç haqda düşüncəyik. Bugünkü komandanın “Neftçi”nin neçə faizi olduğunu deyə bilmərəm. Amma bu yolda işləyirik. Yavaş-yavaş formamızı bərpa edəcəyik. Qarşımıza qoyulan məqsəd titul qazanmaqdır. Bu heç də asan iş deyil və uzun yoldur. Hara kimi gəlib çıxa biləcəyimizi deyə bilmərəm. Amma hər oyunda 100 faizimizi meydanda verəcəyimizə söz verirəm”.


ETOPAZ

Əvvəlki yazı

“Neftçi” “Beşiktaş”la qarşılaşacaq

Növbəti yazı

Azərbaycan yerini möhkəmləndirdi