Abraham üçün 120 milyon

Abraham üçün 120 milyon

İtaliyanın “Roma” klubunun futbolçusu Temmi Abrahama qoyduğu transfer qiyməti bəlli olub. A seriyası təmsilçisi hücumçusunu 120 milyon avroya satmağı planlaşdırır.

İngiltərə millisinin futbolçusu 2021-ci ilin yayında “Çelsi”dən 40 milyona transfer olunub. Yeni klubunda 37 matça 23 qol vuran forvardın qiyməti də üçqat artıb.

Romalılar müqaviləsi 2026-cı ilə qədər olan Abrahamı saxlamaq arzusunda olsa da, çoxsaylı təkliflər qarşısında 120 milyona razılaşmaq fikrindədir. Onun transfer anlaşmasına görə “Çelsi” sabiq futbolçusunu 80 milyona geri qaytarmaq hüququna malikdir. Londonlular bu bənddən 2023-cü ilin yayına qədər yararlana bilər.

ETOPAZ

Əvvəlki yazı

Ansu Fati meydana qayıdır

Növbəti yazı

Milli komandalarda ən çox quru oyun keçirənlər