Abdullah Zubir: “Qarabağ” böyük klubdur”

Abdullah Zubir: “Qarabağ” böyük klubdur”

“Qarabağ” sabah Avropa Liqasında növbəti matçını keçirəcək. Komandamız səfərdə “Hakken”lə qarşılaşacaq.

Matçdan öncə ağdamlıların futbolçusu Abdullah Zubir mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:

“Həftəboyu yaxşı hazırlaşmışıq. “Hakken” çox yaxşı komandadır. Çox yaxşı oyun qururlar. Sürətli, keyfiyyətli oyunları var. Amma bütün bunlara baxmayaraq, bura inamlı gəlmişik. Azərbaycana xoş nəticə ilə qayıtmaq istəyirik. “Qarabağ” böyük klubdur. Böyük klub da təzyiq deməkdir. Ona görə bunu dərk edirik. Bilirəm ki, bizim komandadan gözləntilər yüksəkdir. Hamı yaxşı nəticə gözləyir. Məşqlərdə həmişə səylə çalışıram. Təbii ki, inkişaf etmək niyyətindəyəm. Komanda olaraq azarkeşlərimizi sevindirməyə çalışırıq. Əlimdən gələni edirəm ki, yerimdə saymayım”.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Futbolçularım meydanda ən yaxşısını etməyə çalışacaq”

Növbəti yazı

“Nyukasl” PSJ-ni böyükhesabla məğlub etdi, Dortmundda bərabərlik