Abdullah Zubir: “Əlimizdən gələni edəcəyik”

Abdullah Zubir: “Əlimizdən gələni edəcəyik”

“Qarabağ” sabah Çempionlar Liqasının pley-off mərhələsində Çexiya təmsilçisi “Viktoriya” ilə qarşılaşacaq. Fransalı yarımmüdafiəçi cavab oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında iştirak edib.

Zubir görüş barədə fikirlərini açıqlayıb: “Rəqibi təhlil etdik, ötən həftə yaxşı tanıdıq. “Viktoriya” ilə oyuna fiziki və taktiki baxımdan hazırıq. Sabah mübarizə, yaxşı oyunla uğurlu nəticə qazanmağa və Çempionlar Liqasının qrupuna düşməyə çalışacağıq. Bu turnirin qrupunda heç vaxt oynamamışam. Mən və komanda yoldaşlarım bu addımı atmağa hazırıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.

ETOPAZ

Əvvəlki yazı

Sobolenkodan yüksəliş

Növbəti yazı

Qurban Qurbanov: “Futbolçularıma güvənirəm”