36-cı çempionluq

36-cı çempionluq

Argentina çempionatının qalibi müəyyənləşib. Buna yarışın XXII turunda aydınlıq gəlib.

“River Pleyt” “Rasinq”i 4:0 hesabı ilə məğlub edib. Buenos-Ayres təmsilçisi bu qələbə sayəsində xallarının sayını 52-yə çatdırıb. Komanda finişə üç tur qalmış qızıl medalları təmin edib.

Bu, “River Pleyt”in tarixində 36-cı çempionluqdur. Paytaxt klubu ən yaxın izləyicisi “Defensa i Xustisiya”nı 12 xal qabaqlayıb.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında ən yaxşı adına dörd namizəd

Növbəti yazı

“Çelsi” Pulişiçə qiymət qoydu