Uilyams Avstraliya açıq çempionatında

Uilyams Avstraliya açıq çempionatında

“Böyük dəbilqə” turnirlərinin 23 qat qalibi Serena Uilyams kortlara qayıdır. O, 2022-ci ildə keçiriləcək Avstraliyanın açıq çempionatında iştirak edəcək.

“Uimbldon”da aldığı zədədən sonra bərpa prosesi keçən tennisçi titul uğrunda mübarizə aparacağını açıqlayıb. Serena 5 ildən sonra yenidən “Böyük dəbilqə”də çempionluq yaşamaq niyyətindədir. ABŞ tennisçisi son uğurunu məhz burada əldə edib.

O, indiyədək 7 dəfə Avstraliya açıq çempionatının qalibi olub. Uilyams 2003, 2005, 2007, 2009, 2010, 2015 və 2017-ci illərdə çempionluq sevinci yaşayıb.

ETOPAZ

Əvvəlki yazı

Laportanın transfer planları

Növbəti yazı

“Real” Vinisiusa 1 milyard avro qiymət qoydu