Xavi “Barselona”da

Xavi “Barselona”da

Xavinin İspaniyanın “Barselona” klubunun baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib. Bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. 2019-21-ci illərdə Qətərin “Əl-Sədd” klubunu çalışdıran ispaniyalı Ronald Kumanın istefasından sonra boş qalan baş məşqçi postunu tutub.

O, 1998-2015-ci illərdə futbolçu kimi şərəfini qoruduğu “Barselona”ya 6 ildən sonra qayıdıb. Yeni baş məşqçinin təqdimat mərasimi noyabrın 8-də keçiriləcək.

Xatırladaq ki, “Barselona”nın Xavinin keçidi üçün “Əl-Sədd”ə 5 milyon avro ödədiyi iddia olunur.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan boksçusu dünya çempionu oldu

Növbəti yazı

Zverev mövsümün liderinə şərik çıxdı