Lillard üçün çempionluq yolu

Lillard üçün çempionluq yolu


NBA-nın əfsanəsi Şakil O’Nil “Portlend”in basketbolçusu Damian Lillarda çempionluq yolunu göstərib. O’Nil hələ də böyük uğur axtarışında olan ulduz oyunçunu düşüncə tərzini dəyişməyə çağırıb: “Lillard köhnə nəsil mentalitetinə malikdir. Həmin nəslin nümayəndələri “səninlə birləşməyəcəyəm, sənə qalib gələcəyəm” düşüncəsi ilə yaşayır. Müasir uşaqlar isə bir komandada birləşməklə işlərini asanlaşdırır. Damian “Portlend”də qalmaq və qalib olmaq istəyir. Amma yanaşmasını dəyişməlidir. Hamının birləşməsi onu hədəfdən uzaqlaşdırır. Çempionluq şansını artırmaq üçün digər ulduzlarla eyni komandada birləşməlidir”.

ETOPAZ

Əvvəlki yazı

Klublararası dünya çempionatının yeri dəyişdiriləcək

Növbəti yazı

Sofiya Kenin qayıdır, Serena Uilyams yenə kənarda