Depaydan rekord

Depaydan rekord


Memfis Depay Niderland millisinin rekorduna imza atıb. 27 yaşlı hücumçu bir təqvim ilində ən çox qol vuran yığma üzvü adına şərik çıxıb. DÇ-2022-nin seçmə mərhələsinin Türkiyə ilə oyununda (6:1) het-trikə imza atan forvard bu il vurduğu qolların sayını 12-yə çatdırıb. Depay Patrik Klyuvertə məxsus rekordu təkrarlayıb.
Bu, Memfisin yığmada ilk het-triki olub. O, millidəki qol sayını 33-ə çatdıraraq Yohan Kroyf və Abe Lanstranın göstəricisini təkrarlayıb. Niderland yığmasının ən yaxşı bombardiri isə 50 qol vuran Robin van Persidir.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus”a dəyən zərər

Növbəti yazı

Malikanəsini 7,1 milyon dollara satdı