Abbas Hüseynov: “Qələbə qazanacağımıza inanıram”
Azərbaycan millisi sabah növbəti matçını keçirəcək. Yığmamız Estoniyanın qonağı olacaq.
Oyundan öncə komandamızın müdafiəçisi Abbas Hüseynov mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Oyuna yaxşı hazırlaşmışıq. Komandada çox yaxşı ab-hava var. Sabah meydandan yaxşı nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. Qələbə qazanıb vətənə 3 xalla qayıdacağımıza inanıram. Çalışıram ki, optimal formama yaxın olum. Əvvəlkindən də daha yaxşı olmaq üçün əlimdən gələni edirəm. İnanıram ki, daha da yaxşı olacam”.