Millimizin heyətində dəyişiklik

Millimizin heyətində dəyişiklik

Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Millimiz ciddi itki ilə üzləşib. Yığmanın futbolçusu Bəhlul Mustafazadə heyətdən çıxarılıb. Buna “Qarabağ”ın müdafiəçisinin zədəsi səbəb olub.

Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya, oktyabrın 14-də isə Bakıda Slovakiya ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 07.10.2024

Növbəti yazı

Asim Xudiyev Millətlər Liqası matçında