“Qəbələ”də ayrılıq
“Qəbələ” qanalı futbolçu Samuel Tetteh ilə yollarını ayırıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2023-ci ilin sentyabrından komandada çıxış edən Samuel “qırmızı-qara” formada 25 matçda 3 qol vurub.
Qeyd edək ki, Samuel Premyer Liqada 21 (2 qol), Azərbaycan kubokunda 4 (1 qol) oyunda iştirak edib.