Yamaldan daha bir uğur

Yamaldan daha bir uğur

Lamin Yamal daha bir uğura imza atıb. O, Avropa və dünya çempionatlarında qol vuran ən gənc futbolçu olub.

Yarımmüdafiəçi AVRO-2024-ün yarımfinalının İspaniya – Fransa matçında fərqlənib. İspaniyalı oyunçu 16 yaş və 362 günündə möhtəşəm zərbə ilə topu fransalıların qapısından keçirib. O, Avropa çempionatları tarixində isveçrəli futbolçu Yohan Fonlantenin nəticəsini arxada qoyaraq, 1-ci pilləyə yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

İspaniya finalda!

Növbəti yazı

Argentina yenidən finalda